İT ƏLAVƏ DƏYƏR XİDMƏTLƏRİ ÜZRƏ BÖYÜK MÜHƏNDİS

Full Stack
Baku
Posted 3 years ago

 

Sizin əsas vəzifə öhdəlikləriniz

• İT tərəfindən daxili və xarici müştərilərə göstərilən xidmətlərdən yüksək müştəri məmnunluğunu təmin etməklə iş öhdəliklərini yerinə yetirmək;
• Məlumat, İsmarıc və ƏDX platformalarının və əlaqədar xidmətlərin SDLC prinsiplərinə əsasən hərtərəfli planlaşdırılmasında, işlənib hazırlanmasında və çatdırılmasında iştirak etmək;
• Məlumat, İsmarıc və ƏDX Xidmətlərinin İT Tərtibat Planına və Yol Xəritəsinə uyğun olaraq işlənib hazırlanmasında iştirak etmək;
• ƏDX xidmətlərinin biznes tələblərə əsasən işlənib hazırlanmasını təmin etmək;
• Bütün xidmətlərin müştəri məmnunluğu hədəflərinə və beynəlxalq standartlara cavab verən, tələb olunan xidmət səviyyələrinə əsasən planlaşdırılmasını, işlənib hazırlanmasını, icrasını və inteqrasiyasını təmin etmək;
• Təchizatçının, buraxılışın və dəyişikliyin idarə edilməsi proseslərini həyata keçirmək;
• Məlumat, İsmarıc və ƏDX platformalarının və xidmətlərin tələblərə əsasən çatdırılmasını, inteqrasiyasını və quraşdırılmasını təmin etmək;
• İşlənib hazırlanma və sınaq prosesinin icrasını müəyyən bir strategiya, prosedura və plana uyğun həyata keçirmək

• Platformaların / tətbiqlərin həcminin genişləndirilməsi və proqram təminatının yenilənməsi prosesini həyata keçirmək;
• Proqram və Aparat təminatlarının yenilənməsindən və yeni ƏDX-nin icrasından sonra sistemin qəbulu sınaqlarını və sistemin yoxlanmasını həyata keçirmək;
• Platformalara və xidmətlərə dair sənədləri qoruyub saxlamaq;
• Proseslərin, proseduraların və iş gedişatının hazırlanmasında iştirak etmək;
• Birbaşa Rəhbər və Baş Rəhbərlik üçün görülən işlərin gündəlik, həftəlik və aylıq hesabatını tərtib etmək;
• Tələb olunduqda, istənilən problemli məsələlər barədə DTMS və ƏDX Tərtibatı üzrə Alt Bölümün İT Rəhbərinə məruzə etmək;

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

• Kompüter Elmləri / Elektron Mühəndislik / Telecom və ya bununla əlaqədar sahədə bakalavr dərəcəsi və ya müvafiq zəruri təcrübənin olması (minimum 2 il) mütləqdir;
• Məlumat, İsmarıc və Əlavə Dəyər Xidmətləri üzrə, eləcə də həllər və platformaların tərtibatı, mühəndislik, icrası və inteqrasiyası üzrə minimum 2 il təcrübə;

Sizdən tələb olunan bacarıq və səriştəliklər

• Proqramlaşdırma dili üzrə bilik arzu olunandır;
• İş tapşırıqlarını yerinə yetirmək üçün tələb olunan proqram təminatı vasitələrini mütəxəssis səviyyəsində bilmək;
• 3GPP standartları ilə iş təcrübəsi;
• ƏDX və əlaqədar memarlıq üzrə bilik;
• BDS, mobil və kompüter şəbəkələrində istifadə edilən protokollara dair bilik (SIGTRAN, MAP, TCP/IP protocol family, Camel, xml, DCC, SMPP və s.);
• Məlumat, İsmarıc, ƏDX və Xidmətin çatdırılması platformalarının inzibatçılığı, mühəndisliyi, konfiqurasiyası və idarə edilməsi üzrə bilik və təcrübə;
• ƏDX tərtibatı üzrə təcrübə;
• Linux və SQL üzrə iş təcrübəsi;
• DB memarlığını anlamaq;
• İş tapşırıqlarını yerinə yetirmək üçün tələb olunan proqram təminatı vasitələrini mütəxəssis səviyyəsində bilmək;

• Azərbaycan dili – Əla;
• İngilis dili – Əla;
• Rus dili – Başlanğıc;

• Analitik bacarıqlar;
• Ünsiyyət qurma bacarıqları;

Müraciət etmək üçün

CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində  “İT Əlavə dəyər xidmətləri üzrə böyük mühəndis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Job Features

Job CategoryIT

Apply Online