İŞƏ DÜZƏLTMƏ

 

Maliyyə-pul vəsaitlərinin özü deyil, pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinə dair insanlar arasındakı münasibətlərdir. Maliyyənin başlıca təyınatı pul gəliri və fondlarının yaradılması yolu ilə dövlətin və müəssisələrin pul vəsaitlərinə olan tələbatlarını təmin etmək eyni zamanda maliyyə resurslarının xərclənməsi üzərində nəzarət etməkdən ibarətdir.

Müəssiənin maliyyəsi təkrar istehsalda, pul vəsaitlərinin formalaşması və dövlətin maliyyə ehtiyatlarından səmərəli istifadə olunmasında əsas yer tutur. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin əsas məqsədi bütün fəaliyyət sahələrində, geniş təkrar istehsalın nəzərdə tutulmuş maraqlarının təmin olunmasıdır. Digər tərəfdən həmin iş prinsipi sahibkarların gəlirinin artmasının əsas mənbəyi kimi də çıxış edir. Maliyyə münasibətlərinin maddi əsasını pul təşkil edir. Məhz bu səbəbdən müəssisə fəaliyyətinin maliyyə ehtiyaclarını fasiləsiz təmin edən mərkəzləşdirilmiş pul vəsaitləri və ehtiyat fondları yaradılır. Maliyyə xidmətləri dedikdə bura vergilər və mühasibat üçotu üzrə məsləhətlər, eyni zamanda, büdcə proqnozlarının hazırlanması, maliyyə davamlılığının təhlili, həssaslıq təhlili, risklərin müəyyən edilməsi və onların analizi, rəqabət qabiliyyətliliyinin təhlili həmçinin audit xitmətləri daxildir.

Mühasibat — idarətmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləndirən, xüsusiləşdirən və

hesabata çevirən bir elmdir.

Mühasibatın ətraflı tərifi isə , mühasibliyi tam mənasıyla bizə açıqlayır. Mühasibliyin ətraflı tərifi bizim etdiyimiz qısa təriflə eynidir. Yalnız biri qısa, o biri də uzun və izahlıdır .

 

Mühasibatlıq iqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən və  nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir. Yəni mühasibliyin nə anlama gəldiyini, nə  olduğunu, nə etməsi lazım olduğunu tərifdən müəyyən edə bilərik. Tərifdə qeyd edilən hər terminin  də nə anlama gəldiyini bilməyimiz lazımlıdır. Mühasibatın nə olduğunu öyrənmək üçün tərifdən yola çıxaraq mövzunu anlamağa çalışaq. Mühasibat, müəssisələrin aktivlərinin və qaynaqlarının  meydana gəlməsini, bunların istifadə edilmə formasını, müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri, müəssisələrin maliyyə vəziyyətlərini  açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir  məlumat sistemi ilə bağlı anlayışdır. Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələr ilə əlaqədar deyil, qeyri-kommersiya yəni cəmiyyətə fayda üçün xidmət verən bütün təşkilatlar üçün də etibarlıdır. Buna görə müəssisələr deyilərkən bütün təşkilatlar nəzərdə tutulur. Ümumiyyətlə mühasibat sistemi qazanc məqsədi güdən müəssisələr üçün daha da əhəmiyyətlidir. Müəssisə dedikdə müəyyən bir ticarət məqsəd üçün , bir və ya daha çox adamın bir araya gələrək , müəyyən bir  sərmayə ilə qurduqları müəssisələr nəzərdə tutulur. Bu müəssisələr məqsədlərinə və quruluş formalarına görə

müxtəlif olurlar. Mühasibat funksiyasını yerinə yetirə bilməsi üçün onların müəyyən vəzifələri var.

 

 

Maliyyə konsaltinq xidmətinin növləri

  • Mühasibat uçotu və audit xidmətləri
  • Maliyyə təhlili
  • Vergi planlaşdırılması və vergi qoyma üzrə məsləhətlər
  • Büdcə, hesabat işləri
  • Vergi güzəştləri və müqavilələrin təşkili
  • Vergilərin hesablanmasının və vaxtında ödənişinin təşkil edilməsi
  • Güzəştli vergitutma rejimləri
  • Mühasibatlığın planlaşdırılması və İdarəetmə Uçot Sistemlərinin yaradılması
  • Maliyyə hesabatının aparılması
  • İlkin sənədlərin hazırlanması
  • Satışa və xərclərə nəzarət
  • Debitor və kreditor borclarının analizi
  • Əsas vəsaitlərin inventarizasiyasının həyata keçirilməsi
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması və müvafiq orqanlara təhvili
  • Maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi
  • Mühasibat uçotunun Beynəlxalq Standartlarıüzrə mühasibat müşayiəti
  • Mühasibat uçotunun Milli Standartları üzrə mühasibat müşayiəti

 

Maliyyə xidmətlərinin faydaları və meydana gəlmə səbəbləri

Bazar münasibətlərinin inkişafı müəssisə fəaliyyətinin hüquqi məsələlərini, mühasibat uçotunun, hesabatının təşkili və aparılmasını, vergiqoymanı, məhsulun (işvəxidmətin) maya dəyərinin formalaşdırma qaydasını nizamlayan, çoxsaylı normativ sənədlərin qəbul edilməsinə səbəb olmuşdur. Bu səbəbdən normativ sənədlərin,müəssisənin təsərrüfat fəaliyyətinə aid tələblərininilk pozulmaları (daha çox bilməyərək edilmiş) meydana çıxmışdır. Müəssisələr, bu və ya digər qanunvericilik aktlarının düzgün istifadə edilməsində istiqamət verən orqanların azsaylı olmaları və işin çoxluğu səbəbindən həmin işin öhdəsindən gələ bilmirdilər.

Bununla əlaqədar olaraq müəssisə fəaliyyətinin aşağıda sadalanan bəndləri əhatə edən yeni qeyri dövlət nəzarəti formaları yarandı:

  • Mühasibat uçotunun aparılması üzrə məsləhət vermə;
  • Vergi hesablanmasının düzgünlüyünün yoxlanılması;
  • Müəssisədə mühasibat uçotunun və hesabatın yaxşılaşdırılması məqsədilə hüquqi köməyin və digər xidmət növlərinin göstərilməsi;
  • kommersiya fəaliyyətinin effektivliyinin artırılması.
Footer With Address And Phones