AUTSORSİNQ

Autsorsinq (Outsourcing), daha əvvəl şirkət daxilində istehsal olunan bir məhsul və ya xidmətin kənardan tədarük edilməsidir. Bir firmanın hər sahədə üstünlük təmin edə bilməsi mümkün deyil. Əgər bir firma hər hansı bir sahədə bir funksiyanı yerinə yetirə bilmirsə, bunu çox daha yaxşı edə bilən başqa bir firmaya etdirə bilər. Autsorsinq xidmətinin əsası, bir məhsulun xammalının kənardan təmin edilməsidir. Yaşadığımız dövrdə yalnız xammal deyil, bütün işlərdə autsorsinq xidmətindın istifadə edilə bilər.

 

Müasir biznesdə autsorsinq iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrinin başında dayanır. Aparılan araşdırmalara görə yaxın 10 ildə dünya ixracının 70%-ən çoxunu məhz outsorsinq təşkil edəcək. Əlbətdə autsorsinq sabahın biznesidir və biznesin inkişafı üçün həyatı əhəmiyyət daşıyır. Lakin unutmaq olmaz biznesdə bəzi dəyərlər var ki, onların autsorsinqi yol verilməzdir. Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi artıq Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər hətta mühasibat məsələlərini kənar təşkilata həvalə edirlər. Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq outsorsinq xidmətlərini təklif edirik.

Bir çox şirkətlərinin ştat olan mütəxəssisləri işləri yerinə yetirməkdə çətinlik çəkir və ya ümumiyyətlə öhdəsindən gəlməyi bacarmır. Belə olan halda autsorsinq xidməti ilə məşğul olan şirkət qarşiya çıxan problemləri qısa bir zamanda keyfiyyətli şəkildə aradan qaldırır. Müasir iş üslubu ilə işləyən şirkətlər bu və ya digər sahələr üzrə autsorsinqdən tam və ya qısmən istifadə edirlər.

 

Autsorsinq (Outsourcing) xidmətlərinin faydaları

Firmaların autsorsinq xidmətlərindən istifadə etmələrinin əsas səbəbi xərcləri azaltmaqdır. Lakin autsorsinq xidmətlərindən istifadə səbəblərini yalnız xərclərin azaldılması ilə əlaqələndirmək olmaz. Autsorsing xidmətlərindən istifadənin digər üstünlükləri bunlardır:

  • Təməl qabiliyyətin inkişafı
  • Elastikliyin artırılması
  • Riskin azaldıması
  • Sərmayə xərclərinin azaldılması
  • Keyfiyyətin artırılması
  • Sürətli fəaliyyət

Autsorsinq xidmətləri vasitəsi ilə firmalar öz əsas fəaliyyətlərinə fokuslana bilirlər. Bununla yanaşı əlavə dəyər təmin etməyən fəaliyyətlər kənarlaşdırılır və bu da xərclərin azaldımasına səbəb olur. Nəticədə firma öz fəaliyyətini daha məhsuldar və keyfiyyətli şəkildə davam etdirir.

 

 

Footer With Address And Phones